Bu sayt Heydər Əliyevin 100-c il dönümünə həsr olunub

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir.1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş,1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.
Haqqında image

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi I dövr

Bəzən elə adamlar olur ki, onların yaşayış tarixini yazmaq üçün bütün bir xalqın, ölkənin tarixini yazmaq lazım gəlir. Heydər Əliyev məhz belə xoşbəxt adamlardan idi.

Daha ətraflı

Cəmşid Naxçıvanski adına Hərbi məktəbin açılması

Daha ətraflı

Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi özünün yüksək zirvəsinə çatdı.

Daha ətraflı

Bakı-Tbilisi-Ceyhan neft kəməri

2006-cı ildə Azərbaycanın iqtisadi həyatında əlamətdar hadisə baş vermişdir. Ulu öndərimiz H.Əliyevin dahiyanə ideyası reallaşmış, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi başa çatmış və rəsmi açılışı olmuşdur.

Daha ətraflı
 
0
  • #EvdəQal #HəyatEvəSığar
I BUILT MY SITE FOR FREE USING